Sintaksis:
ДОВЕРИТ(альфа;станд_откл;размер)
Nəticə:
Seçmənin limit səhvini hesablayır.
Arqumentlər:
- альфа:etibarlılıq dərəcəsini hesablamaq üçün istifadə olunan əhəmiyyətlilik səviyyəsidir. Etibarlılıq dərəcəsi 100 (1 – альфа) % kəmiyyətinə bərabərdir (məsələn, альфа-nın 0,05-ə bərabər olması etibarlılıq dərəcəsinin 95% olduğunu göstərir) ;
- станд_откл: fərz olunur ki, verilənlər intervalı üçün baş külliyyatın standart meyli;
- размер: seçmənin ölçüsüdür.
Qeydlər:
- əgər hər hansı bir arqument ədəd deyildirsə, onda ДОВЕРИТ funksiyası özünün yazıldığı xanaya #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir;
- альфа < 0 və ya альфа > 1 olduqda ДОВЕРИТ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
- станд_ откл < 0 olduqda ДОВЕРИТ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
- əgər размер tam ədəd deyildirsə, onda onun kəsr hissəsi;
- размер < 1 olduqda ДОВЕРИТ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir.
Misal
Fərz edək ki, şəhər əhalisinin evdən çıxıb işə çatma zamanını əks etirən statistik külliyyat nəzərdən keçirilir. Fərz edək ki, standart meyli σ = 2,5 olan bu çoxluqdan 50 nəfərdən ibarət seçmə çoxluq üçün işə gedib çatma zamanının orta qiyməti 30 dəqiqədir. Etibarılıq ehtimalı 0,05 olarsa, bu statistik külliyyat üçün etibarlılıq intervalını təyin etməli.
Комментариев нет:
Отправить комментарий